Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı

Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.
Digər ölkələr
948
25 Fevral , 2020 04:02
Çində koronavirus qurbanlarının sayı növbəti dəfə artdı

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 663 nəfərə çatıb. Ölkə üzrə isə ümumilikdə 27 232 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

Komitə qeyd edib ki, hazırda ölkədə 77 658 insan virusun daşıyıcısıdır.

Son gün ərzində 71 ölüm faktı qeydə alınıb, təxminən 2 600 insan xəstəxanalardan evə buraxılıb.

Xəstəxanalarda 51 836 nəfər müalicə olunur ki, onlardan 40 269 (78%) nəfərinin vəziyyəti ağır, 11 567 (22%) nəfərin isə kritikdir.

Son xəbərlər

Orphus sistemi