Çində kəsici alətlə silahlanan şəxs universitetə hücum edib, ölən və yaralananlar var

Çində kəsici alətlə silahlanan şəxs universitetə hücum edib, ölən və yaralananlar var Bakı. 26 noyabr. REPORT.AZ/ Çində kəsici alətlə silahlanan şəxs Şandun Elm-Texniki Universitetinə hücum edib.
Digər ölkələr
26 Noyabr , 2018 08:50
Çində kəsici alətlə silahlanan şəxs universitetə hücum edib, ölən və yaralananlar var

Bakı. 26 noyabr. REPORT.AZ/ Çində kəsici alətlə silahlanan şəxs Şandun Elm-Texniki Universitetinə hücum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Bildirilir ki, 49 yaşlı, Çjan soyadlı şəxs əvvəlcə universitetin iki mühafizəçisinə, bir xadiməyə, müəllimə və onun iki qohumuna hücum edib. Yaralıların hamısı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin müəllimin qohumlarından birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn polis həmin şəxsi operativ yaxalaya bilib. Cinayətin başvermə səbəbi hələ məlum deyil. Təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi