Çində dağıntılar altında ölənlərin sayı artıb

Çində dağıntılar altında ölənlərin sayı artıb Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının dağıntıları altında daha 11 nəfərin cansız bədəni çıxarılıb.
Digər ölkələr
29 Avqust , 2020 17:41
Çində dağıntılar altında ölənlərin sayı artıb

Çində çökən hotel binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, dağıntılar altından hələlik 45 nəfəri çıxarmaq mümkün olub. Onlardan 17-si ölüb, 7-si ağır, 21-i isə yüngül xəsarətlər alıb.

15:05

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının dağıntıları altında daha 11 nəfərin cansız bədəni çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, dağıntılar altından indiyədək 43 nəfəri çıxartmaq mümkün olub. Onlardan 13-ü ölüb, 4-ü isə ağır yaralıdır.

Qeyd olunub ki, axtarış-xilasetmə işlərinə 710 nəfərə yaxın insan cəlb edilib.

11.00

Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının çökməsi nəticəsində azı 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, daha 10 nəfər dağıntılar altında qalmaqdadır.

Bildirilib ki, insident yerli vaxtla saat 09:40-da vilayətin Linfen şəhərinin Syanfen qəzasında baş verib.

Qeyd olunub ki, indiyədək 23 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.

Hadisəyə nəyin səbəb olduğu hələlik açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi