Çində hərbi zavodda partlayış olub

Çində hərbi zavodda partlayış olub Partlayış dalğası nəticəsində zavodun yaxınlığındakı bir neçə evin pəncərəsinin şüşələri sınıb
Digər ölkələr
8 Noyabr , 2016 19:27
Çində hərbi zavodda partlayış olub

Bakı. 8 noyabr. REPORT.AZ/ Şərqi Çində Anhoy əyalətində hərbi zavodda partlayış olub.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə əyalətin Luan dairəsinin Şuçen qəzasına baş verib.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Pois zavoda gedən yolları bağlayıb. Xəsarət alanlar barədə məlumat yayılmayıb. Partlayış dalğası nəticəsində zavodun yaxınlığındakı bir neçə evin pəncərəsinin şüşələri sınıb. 

Son xəbərlər

Orphus sistemi