Çində güclü qar yağması nəticəsində 13 nəfər ölüb

Çində güclü qar yağması nəticəsində 13 nəfər ölüb Yanvarın 3-də bu əyalətə yağmağa başlayan qar son 10 ilin ən güclü yağıntısı hesab olunub
Digər ölkələr
5 Yanvar , 2018 23:59
Çində güclü qar yağması nəticəsində 13 nəfər ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Çinin şərqində yerləşən Anhoy əyalətinə son günlər qar yağması nəticəsində azı 13 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli televiziya məlumat yayıb.

Yanvarın 3-də bu əyalətə yağmağa başlayan qar son 10 ilin ən güclü yağıntısı hesab olunub. Təbiət hadisəsindən artıq 1,06 milyon nəfər zərər çəkib. Dəyən birbaşa iqtisadi ziyan 190 milyon dollardır.

Son xəbərlər

Orphus sistemi