Çində dəmiryolu tunelinin uçması nəticəsində 12 nəfər ölüb

Çində dəmiryolu tunelinin uçması nəticəsində 12 nəfər ölüb Daha 12 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib
Digər ölkələr
3 May , 2017 05:59
Çində dəmiryolu tunelinin uçması nəticəsində 12 nəfər ölüb

Bakı. 3 may. REPORT.AZ/ Çinin Quyçjou əyalətində tikilməkdə olan dəmiryolu tunelinin uçması nəticəsində 12 nəfər həyatını itirib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, hadisə Dafan qəzasında Lülun şəhəri ərazisində qeydə alınıb.

Bədbəxt hadisə zamanı 12 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Bəzi məlumatlara görə, dağıntı qazın partlaması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi