Çində bir neçə yaşayış binası uçub

Digər ölkələr
  • 16 mart, 2019
  • 02:47
Çində bir neçə yaşayış binası uçub

Çinin şimalında yerləşən Şansi əyalətinin Linfen şəhərində bir neçə yaşayış binasının uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər itkin düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə torpaq sürüşməsi nəticəsində baş verib.

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər. Ümumilikdə 600 nəfər əraziyə səfərbər edilib.