Çində dağ uçqunu baş verib, ölənlər var

Çində dağ uçqunu baş verib, ölənlər var Çində bir neçə nəfər dağ uçqununun qurbanı olub.
Digər ölkələr
19 İyun , 2019 06:32
Çində dağ uçqunu baş verib, ölənlər var

Çində bir neçə nəfər dağ uçqununun qurbanı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası bildirib.

Qeyd edilir ki, təbii hadisə Şensi əyalətində baş verib. Ninsyan ərazisində 5 nəfər dağ uçqunun altında qalaraq həlak olub.

Məlumata görə, aidiyyəti orqanlar axşam 3 nəfəri azad etməyi müvəffəq olub. Lakin onlardan biri sonra xəstəxanada ölüb. Daha 2 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Çərşənbə günü daha 2 nəfərin meyiti aşkarlanlıb.

Uçqunun səbəbi müəyyənləşdirilir. Təbii hadisənin nəticələrinin aradan qaldırılması işləri aparılır.

Son xəbərlər

Orphus sistemi