Bakı. 2 iyul. REPORT.AZ/ Çində baş vermiş torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Quyçjou vilayətindəki torpaq sürüşmələri zamanı daha 12 nəfər itkin düşüb
Dağıntılar altında 30 yerli sakin qalıb. Onlardan yeddi nəfəri xilas etmək mümkün olub. Kəndlilərdən 11 nəfərinin cəsədi tapılıb.
Hazırda 800-ə yaxın xilasedici və əsgər sürüşmə çıxması yerində işləyir.
Sürüşməyə son günlər bölgəfə fasiləsiz yağan leysan yağışlar səbəb olub. Bəzi rayonlarda daşqın, torpaq sürüşməsi və sel təhlükəsi səbəbindən insanlar kütləvi şəkildə təxliyyə edilir.