Çində baş vermiş güclü yanğında 19 nəfər həlak olub

Çində baş vermiş güclü yanğında 19 nəfər həlak olub Hadisə zamanı həmçinin 8 nəfər xəsarət alıb
Digər ölkələr
19 Noyabr , 2017 23:27
Çində baş vermiş güclü yanğında 19 nəfər həlak olub

Bakı. 19 noyabr. REPORT.AZ/ Çində, yaşayış binasında baş vermiş güclü yanğında 19 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Pekin yaxınlığındakı şəhərlərdən birində olub. Yanğın zamanı həmçinin 8 nəfər xəsarət alıb. Hadisənin satış və icarə üçün nəzərdə tutulmuş ucuz mənzillərin olduğu yaşayış kompleksində baş verdiyi qeyd edilir.

Yanğını söndürmək üçün iki saat vaxt sərf olunub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Hadisənin təhqiqatına nəzarəti Pekinin meri Çay Çi üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi