Yuxarı
    Bağlamaq

    ​Çində avtobus qəzası nəticəsində 35 nəfər ölüb

    Polis qəzanın başvermə səbəbini araşdırır

    Bakı. 18 may. REPORT.AZ/ Çində avtobusun dərəyə yuvarlanması nəticəsində 35 sərnişin ölüb.

    "Report" xəbər verir ki, bu haqda "I Cross China" xəbər yayıb.

    Məlumata görə, avtobusda 46 sərnişin olub. Hadisə ölkənin Çunxua əyalətində baş verib. Avtomobilin 30 metr dərinlikdəki yarğana yuvarlanması nəticəsində 25 nəfər hadisə yerində, 10 sərnişin isə xəstəxanada keçinib.

    Polis qəzanın başvermə səbəbini araşdırır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi