Çində avtobus qəzası baş verib, ölən və yaralananlar var

Çində avtobus qəzası baş verib, ölən və yaralananlar var Çinin cənubunda Quijou əyaləti Anşun şəhərində avtobusun Honqşan su anbarına yuvarlanması nəticəsində 21 nəfər ölüb.
Digər ölkələr
215
7 İyul , 2020 15:33
Çində avtobus qəzası baş verib, ölən və yaralananlar var

Çinin Quijou əyalətinin Anşun şəhərində avtobusun aşaraq Honqşan su anbarına yuvarlanması nəticəsində 21 nəfər ölüb.

“Report” CGTN-ə istinadən xəbər verir ki, avtobusda bu gün kolleclərə keçirilən qəbul imtahanlarında iştirak etmiş gənclər olub.

Hadisə yerinə gələn xilasedicilər 36 nəfəri tapıblar ki, bunların 15-i xəstəxanalara yerləşdirilib, 21 nəfər isə ölüb.