Bakı. 5 fevral. REPORT.AZ/ Çində 6 nəfər dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin qərbində, Anhay vilayətində, Yansaoin kəndində baş verib.
Polis güman edir ki, hadisəyə səbəb sakinlərin evin istilik sistemi üçün mobil kömür briketlərindən istifadə etməsi olub. Bu da faciəyə gətirib çıxarıb.
Faktla bağlı araşdırma aparılır.