Çin Yaponiyadan münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar gözləyir

Çin Yaponiyadan münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar gözləyir Çin Yaponiyadan ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atacağını gözləyir.
Digər ölkələr
10 Noyabr , 2023 06:07
Çin Yaponiyadan münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar gözləyir

Çin Yaponiyadan ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atacağını gözləyir.

"Report"un Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Van İ Pekində Yaponiya Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba ilə yüksək səviyyəli Çin-Yaponiya siyasi dialoqunun mexanizm üzrə məsləhətləşmələr zamanı deyib.

"Yaponiya tərəfi mümkün qədər tez Çin-Yaponiya münasibətlərini yaxşılaşdırmağa ümid etdiyi barədə bəyanatını konkret hərəkətlərə çevirməlidir", - Van İ deyib.

Çinli nazir hazırkı Çin-Yaponiya münasibətləri ilə bağlı Pekinin prinsipial mövqeyini açıqlayıb, onların yaxşılaşdırılması və inkişafı üçün “düzgün yolu göstərib”.

Çinin xarici işlər naziri həmçinin “Fukusima-1” Atom Elektrik Stansiyasından çirklənmiş suyun dənizə buraxılması, Tayvan məsələsiı və digər məsələlərlə bağlı Pekinin mövqeyini, narahatlığını da ifadə edib.

Son xəbərlər

Orphus sistemi