Çin xarici işlər naziri Vanq Yi avqustun 25-dən sentyabrın 1-dək Avropa İttifaqının (Aİ) beş üzv ölkəsinə səfər edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician ənənəvi mətbuat konfransında bildirib.
O deyib: “Vanq Yi İtaliya, Niderland, Norveç, Fransa, Almaniya xarici işlər nazirlərinin dəvəti ilə bu ölkələrə rəsmi səfər edəcək. Bu, yeni koronavirus pandemiyası başlayandan etibarən Çin xarici işlər nazirinin Avropaya ilk səfəridir”.
Pandemiyanın qarşısını almaqla bağlı səmərəli tədbirlər görmək üçün Aİ ölkələri ilə daim yüksək səviyyədə təmaslarda olduqlarını diqqətə çatdıran Çin rəsmisi son aylar ərzində Avropa ölkələri ilə əhatəli strateji əməkdaşlıq əlaqələrinin daha da məzmunlu olduğunu vurğulayıb.