KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir Bakı. 20 fevral. REPORT.AZ/ Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda artıq 3 ildir Çinin gizli hərbi bazası fəaliyyət göstərir.
Digər ölkələr
20 Fevral , 2019 11:21
KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir
0 : 00
0 : 00

Bakı. 20 fevral. REPORT.AZ/ Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda artıq 3 ildir Çinin gizli hərbi bazası fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bunu “The Washington Post” yazıb.

Məqalə müəllifi Harri Şix Tacikistan-Əfqanıstan sərhədinə sonuncu ezamiyyəti zamanı həmin bazada olub. O, bazada xidmət edən çinli hərbçi ilə bazarda rastlaşdığını bildirib. Ma adlı hərbçi bildirib ki, onlar artıq 3-4 ildir Tacikistan ərazisində dislokasiya olunublar. 

Nə Tacikistan, nə də Çin rəsmilər hərbi baza barədə heç bir açıqlama verməyiblər. Hərbi müəssisə Çinin Nəzarət-Buraxılış Məntəqəsi, Əfqanıstanın Vaxon Buraxılış Məntəqəsi yaxınlığında, Tacikistanın Çinlə həmsərhəd Murqab rayonu ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi