Bakı. 12 aprel. REPORT.AZ/ “Növbəti dəfə nüvə sınağı keçirsə, o zaman Çin Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U. Davey bildirib.
“Təzyiq vasitəsi kimi yanacaq-sürtgü materiallarının və başqa malların tədarükünün dayandırılması, Çində işləyən Şimali Koreya vətəndaşlarının deportasiyası nəzərdə tutulub”, - deyə çinli diplomat vurğulayıb.
Qeyd edək ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006,2009,2013-cü illərdə, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.