Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb
Digər ölkələr
- 30 mart, 2025
- 03:26
Çin “Çançjen-7A” (Long March 7A) daşıyıcı raketi eksperimental rabitə peykini orbitə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə Çin İnformasiya İnternet Mərkəzi məlumat yayıb.
İkipilləli raketin buraxılışı Çinin cənubunda Haynan adasındakı Vençan kosmodromundan bazar günü Pekin vaxtı ilə 00:05-də (Bakı vaxtı ilə şənbə günü 20:05-də) həyata keçirilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) peykinə təyin olunmuş orbitə uğurla çıxıb. O, çoxdiapazonlu yüksəksürətli peyk rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
Son xəbərlər
19:14
Video
Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB
Hadisə19:05
"Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar təşkil olunub
Futbol19:03
Foto
Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb
Hadisə18:55
Foto
Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb
Hadisə18:53
Foto
Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Mədəniyyət siyasəti18:51
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
Hadisə18:47
Binəqədi rayonunda velosiped oğrusu saxlanılıb
Hadisə18:40
"Azneft" İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Energetika18:38