Bakı. 23 sentyabr. REPORT.AZ/ Çin BMT Təhlükəsizlik Şurasının 2375 saylı qətnaməsinin icrası çərçivəsində oktyabrın 1-dən Şimali Koreyaya neft nəqlini məhdudlaşdıracaq.
"Report" xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin press-relizində deyilir.
Məlumata əsasən, Çin KXDR-dən parça idxalına, həmçinin bu ölkəyə kondensant neftinin ixracına qadağa tətbiq edib.
Bundan əlavə, 1 oktyabr 2017-ci il tarixindən Şimali Koreyaya neft məhsullarının ixracına da məhdudiyyət tətbiq ediləcək.