Yuxarı

​Çilidə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur

Bakı. 10 fevral. REPORT.AZ/ Çilinin paytaxtı Santyaqo şəhərindən 326 km şimal-qərbdə, Ovale bölgəsindən 40 km qərbdə 6,3 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 31,5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi