Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək

Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Digər ölkələr
17 Dekabr , 2017 01:43
Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu turda qalib gələcək şəxs 2018-2022-ci illərdə ölkəyə rəhbərlik edəcək.

Seçkilərdə keçmiş prezident Sebastyan Pinera və sol mərkəzçi senator Alexandro Qilyer mübarizə aparacaqlar. Onlar birinci turda 36,64 və 22,70 faiz seçici səsi toplayıblar.

Birinci turda qalib gəlmək üçün seçicilərin 50 faizindən çoxunun səsini toplamaq tələb olunurdu.

Birinci turda seçicilərin az fəallığı ilə qeydə alınıb. Ölkənin Seçki Xidmətinin məlumatına görə, səsvermələrdə 6,7 milyon seçici iştirak edib. Halbuki ölkədə 14,3 milyon vətəndaşın səs vermək hüququ var.

Son xəbərlər

Orphus sistemi