Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb Yeni qurbanlar Maule və Bio-Bio vilayətlərində aşkar olunub
Digər ölkələr
26 Yanvar , 2017 22:51
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Çilinin mərkəzində və cənubunda tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl ölənlərin 6 nəfər olduğu bildirilirdi.

Yeni qurbanlar ölkənin Maule və Bio-Bio vilayətlərində aşkar olunub.

Yerli NTN24 telekanalının məlumatına görə, Maulenin Santa-Olqa şəhərciyi yanğınlardan ciddi zərər çəkib. Orada təqribən min ədəd tikili, həmçinin karabiner və yanğınsöndürənlərin kazarmaları, məktəblər, əhaliyə tibbi yardımın göstərilməsi mərkəzi, sənaye obyektləri yanıb. Şəhərcikdən 5 min nəfər təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi