Çilidə elektrik enerjisinin olmamasına görə etiraz aksiyası başlayıb

Çilidə elektrik enerjisinin olmamasına görə etiraz aksiyası başlayıb 100 mindən çox insanın bir həftədir işıqsız qaldığı Çilidə sakinlər etiraz əlaməti olaraq yollarda və körpülərdə barrikadalar qurmağa başlayıblar.
Digər ölkələr
8 Avqust , 2024 20:01
Çilidə elektrik enerjisinin olmamasına görə etiraz aksiyası başlayıb

100 mindən çox insanın bir həftədir işıqsız qaldığı Çilidə sakinlər etiraz əlaməti olaraq yollarda və körpülərdə barrikadalar qurmağa başlayıblar.

Bu barədə “Report” Çilinin “La Tercera” qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, avqustun 7-si axşam saatlarına olan məlumata görə, 117 mindən çox insan işıqsız qalıb, onlardan 82 mini paytaxt regionunda yaşayır. Bu, əhalini nümayiş keçirməyə sövq edib.

Paytaxtın La Reyna kommunasında əhali yollarda müxtəlif əşyalar yandırır. Santyaqo şəhərinin ətrafındakı Kolində isə sakinlər etiraz əlaməti olaraq şəhərə aparan körpünün üstündə barrikadalar qurublar. Oxşar vəziyyət digər ərazilərdə də müşahidə olunur.

Qəzet yazır ki, elektrik enerjisi ilə bağlı məsul şirkət olan “Enel” hələ də enerjisinin verilməsini bərpa edə bilmədiyi üçün, həmçinin qəzaların nəticələrinə gec reaksiya verildiyinə görə sakinlər etiraza qalxıblar.

Son xəbərlər

Orphus sistemi