Yuxarı

Çilidə 5,7 bal gücündə zəlzələ baş verib

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Çilinin şimalında bu gün 5,7 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Kalama şəhərindən 35 km. şimal-şərqdə yerləşib. Təbii fəlakətin ocağı 113 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi