Çili paytaxtında şənlik zamanı atışma olub, ölənlər və yaralananlar var

Çili paytaxtında şənlik zamanı atışma olub, ölənlər və yaralananlar var Çili paytaxtında şənlik zamanı atışma olub, ölənlər və yaralananlar var.
Digər ölkələr
17 İyul , 2024 02:44
Çili paytaxtında şənlik zamanı atışma olub, ölənlər və yaralananlar var

Çili paytaxtında şənlik zamanı atışma olub, ölənlər və yaralananlar var.

"Report" xəbər verir ki, bu barədə "BioBio" radiostansiyası məlumat yayıb.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Polis atışmadan sonra 6 nəfəri saxlayıb. İlkin məlumatlara görə, atışma fərdi evdə təşkil olunan şənlik zamanı qeydə alınıb.

Şənlikdə iştirak edənlərin əksəriyyətinin əcnəbilər olduğu bildirilir.

Hadisədən sonra müxalif Müstəqil Demokratik Birlik partiyası Çilinin daxili işlər naziri Karolina Toa və onun müavinlərinin paytaxt rayonunda qətllərin sayının artması ilə əlaqədar istefasını tələb edib.

Son xəbərlər

Orphus sistemi