Bakı. 6 yanvar. REPORT.AZ/ Cibuti İranla diplomatik əlaqələrini kəsib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən Şərqi Afrika ölkəsinin rəsmi nümayəndəsi Səudiyyə Ərəbistanının "əl-Ərəbiyyə" dövlət telekanalına açıqlamasında məlumat verib.
Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Küveyt, Sudan və Bəhreyn İranla diplomatik əlaqələri kəsmişdi.