Cənubi Sudanda vəbadan 40 nəfər dünyasını dəyişib

Cənubi Sudanda vəbadan 40 nəfər dünyasını dəyişib ÜST: Vəba nəticəsində ölkədə bu günədək ən azı 39 nəfər həlak olub
Digər ölkələr
21 İyul , 2015 23:03
Cənubi Sudanda vəbadan 40 nəfər dünyasını dəyişib

Bakı. 21 iyul. REPORT.AZ/ Cənubi Sudanda 40-a yaxın insan vəbadan dünyasını dəyişib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Afrika ölkəsində olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri bildiriblər.

"Vəba nəticəsində bu günədək ən azı 39 nəfər həlak olub. İndiyədək vəba çöpü rəsmi olaraq 1200-dən çox insanda aşkarlanıb", - deyə ÜST-dən bildiriblər.

Həkimlərin dediyinə görə, epidemiya paytaxt Cubadan qonşu əyalətlərə doğru irəliləyir.

Virusdan ilk ölüm faktı bu il mayın ortalarında qeydə alınıb, iyunun sonunda isə epidemiya təhlükəsi elan edilib.

Epidemiyanın episentri Cubada yerləşən qaçqınlar düşərgəsidir. 

Son xəbərlər

Orphus sistemi