Cənubi Sudanda futbol azarkeşləri atəşə tutulub: 11 ölü, 16 yaralı

Cənubi Sudanda futbol azarkeşləri atəşə tutulub: 11 ölü, 16 yaralı Cinayəti törətmiş şəxs qaçaraq gizlənib
Digər ölkələr
6 Noyabr , 2016 21:26
Cənubi Sudanda futbol azarkeşləri atəşə tutulub: 11 ölü, 16 yaralı

Bakı. 6 noyabr. REPORT.AZ/ Cənubi Sudanda naməlum şəxs futbol azarkeşlərinə atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "National Courier" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt yaxınlığındakı Cub şəhərində baş verib. Belə ki, bir qrup azarkeş İngiltərə premyer liqasının matçını izləyərkən naməlum şəxs onlara hücum edib.

Atəş zamanı 11 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Cinayəti törətmiş şəxs qaçaraq gizlənməyə müvəffəq olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi