Cənubi Kuril adaları sahillərində 5,0 bal gücündə zəlzələ olub

Digər ölkələr
  • 10 iyul, 2019
  • 23:59
Cənubi Kuril adaları sahillərində 5,0 bal gücündə zəlzələ olub

Rusiyanın Cənubi Kuril adaları sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İturup adasından 160 kilometr cənub-şərqdə, ocağı isə 62 kilometr dərinlikdə yerləşib.

Kuril adalarının yaşayış məntəqələrində zəlzələnin hiss edilməsi ilə bağlı məlumat daxil olmayıb.