Cənubi Koreyanın keçmiş prezidentinin məhkəməsi başlayıb

Cənubi Koreyanın keçmiş prezidentinin məhkəməsi başlayıb O, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər
Digər ölkələr
23 May , 2017 12:19
Cənubi Koreyanın keçmiş prezidentinin məhkəməsi başlayıb

Bakı. 23 may. REPORT.AZ/ Cənubi Koreyanın keçmiş prezidenti Pak In Xenin məhkəməsi başlayıb.

“Report” “dw”-yə istinadən xəbər verir ki, o, dövlət əhəmiyyətli məxfi informasiyaları açıqlamaqda, səlahiyyətindən sui-istifadə etməkdə, korrupsiya və şirkətlərdən iri məbləğdə rüşvət almaqda ittiham olunur.

İrəli sürülən ittihamlar təsdiqlənərsə, keçmiş prezident 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Məhkəmənin ilk iclasında o, bütün ittihamları rədd edib.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xenin səlahiyyətləri 2016-cı ilin dekabrında dayandırılıb. Onun adı rəfiqəsi ilə birlikdə korrupsiya qalmaqalında hallanır. Bu ilin martın 10-da isə parlament Pak Kın Xeyə etimadsızlıq göstərib.

Qeyd edək ki, bui il mayın 9-da keçirilən prezident seçkisində Mun Çje İn Cənubi Koreyanın yeni prezidenti seçilib. Pak In Xe Cənubi Koreyanın korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilən üçüncü prezidentidir.

Son xəbərlər

Orphus sistemi