Cənubi Koreyada 56 məktəbli qazdan zəhərlənib
Digər ölkələr
- 02 sentyabr, 2019
- 10:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyanın Daequ şəhərində bir məktəbin 56 yuxarı sinif şagirdi qaz sızıntısı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, zərərçəkən məktəblilər auditoriyada olarkən qaz qoxusu hiss etdiklərini bildiriblər. Onların bəzilərində qusma da daxil olmaqla zəhərlənmə əlamətləri özünü göstərsə də, kəskin vəziyyətə düşəni olmayıb. Məktəblilərin çoxu tibbi yardım aldıqdan sonra dərsə qayıdıblar.
Hadisə zamanı məktəb yığıncağının keçirildiyi həmin auditoriyada 800-dək tələbənin olduğu bildirilir.
Hadisəyə dair araşdırmaya başlayan polis məktəbin yaxınlığındakı tikinti sahəsində qaz sızıntısı ehtimalına nəzər yetirir.
Son xəbərlər
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda
23:49
A Seriyasının lideri "Latsio" səfərdə "Sassuolo"nu darmadağın edib
Futbol