Cənubi Koreya prezidentinin müşaviri və rəfiqəsi həbs edilib

Cənubi Koreya prezidentinin müşaviri və rəfiqəsi həbs edilib Rəfiqəsi prezident Pak Kın Xenin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir
Digər ölkələr
3 Noyabr , 2016 09:54
Cənubi Koreya prezidentinin müşaviri və rəfiqəsi həbs edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Pak Kın Xenin keçmiş müşaviri An Çan Pom tutulub.

“Report” BBC-yə istinadən xəbər verir ki, keçmiş müşavirin adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır.

İnformasiyaya görə, rəfiqəsi prezident Pak Kın Xenin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Dövlət başçısının rəfiqəsini ölkədən qaçmaması üçün həbs ediblər.

Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə etmyə məcbur edib. Məsələ ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Prezident Pak Kın Xe bu yaxınlarda baş nazir və maliyyə nazirini vəzifədən azad edib. Onların işdən çıxarılmasının səbəbləri hələ ki, məlum deyil. Keçmiş baş nazirin və maliyyə nazirinin prezidentin rəfiqəsinin adı hallanan qalmaqalla əlaqəsinin olub-olmaması da bilinmir. 

Qeyd edək ki, Cənubi Koreyada prezidentlər rəhbər vəzifədə olanları tez-tez əvəzləyir. 

Son xəbərlər

Orphus sistemi