Cənubi Koreya prezidentinin iqamətgahı qarşısındakı posta avtomobil çırpılıb

Cənubi Koreya prezidentinin iqamətgahı qarşısındakı posta avtomobil çırpılıb Qəzanı 27 yaşlı qadın törədib
Digər ölkələr
8 Dekabr , 2016 20:19
Cənubi Koreya prezidentinin iqamətgahı qarşısındakı posta avtomobil çırpılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seulda avtomobil ölkə Prezidenti Pak Kın Xenin iqamətgahının qarşısındakı polis postuna çırpılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində postda dayanan mühafizəçi yaralanıb. Qəzanı 27 yaşlı qadın törədib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xarırladaq ki, Prezident Pak Kın Xenin 2017-ci ilin aprelində istefa verməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi