Cənubi Koreya prezidenti ilə KXDR lideri arasında telefon danışığı olacaq

Cənubi Koreya prezidenti ilə KXDR lideri arasında telefon danışığı olacaq Bakı. 11 may. REPORT.AZ/ Tezliklə Cənubi Koreya prezidenti Mun Çje Inla KXDR lideri Kim Çen In arasında ilk telefon danışığı olacaq.
Digər ölkələr
11 May , 2018 07:20
Cənubi Koreya prezidenti ilə KXDR lideri arasında telefon danışığı olacaq

Bakı. 11 may. REPORT.AZ/ Tezliklə Cənubi Koreya prezidenti Mun Çje Inla KXDR lideri Kim Çen In arasında ilk telefon danışığı olacaq.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi Cənubi Koreya administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıq iki ölkə arasında yaradılmış "Qaynar xətt" vasitəsilə reallaşacaq. "Zəng yaxın vaxtlarda olacaq", - deyə məmur agentliyə bildirib.

Telefon danışığının ABŞ-KXDR sammitinə qədər baş tutacağı qeyd edilir. KXDR liderinin Cənubi Koreya prezidenti ilə hansı məsələləri müzakirə edəcəyi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi