Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında düşmənçiliyin başa çatdığını bildirib.
Bu barədə “Report” “İnterfax.ru”ya istinadən xəbər verir.
Məlumata görə, Cənubi Koreyanın dövlət başçısı bildirib ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası liderlər Donald Trampın və Kim Çen Inın görüşü ilə faktiki olaraq düşmənçilik münasibətlərinin dayandırılmasını elan ediblər.
O, qeyd edib ki, hərçənd iki lider ümumiyyətlə heç bir sənəd imzalamayıblar. Lakin onların hərəkətləri düşmənçilik münasibətlərinin dayandırılması və dəyərli sülh erasının başlanması haqqında bəyanata bərabər idi.
Qeyd edək ki, Donald Tramp və Kim Çen In ötən bazar günü iki Koreya dövləti arasında silahsızlaşdırılmış zonada görüşüb.
Bundan başqa, hər iki lider görüş zamanı orada olmuş Mun Çje İnlə də danışıq aparıb.
Beləliklə, tarixdə birinci dəfə ABŞ, Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya liderlərinin üçtərəfli görüşü reallaşıb.