Cənubi Afrikanın şimalında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Digər ölkələr
  • 13 yanvar, 2020
  • 11:03
Cənubi Afrikanın şimalında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Cənubi Afrikanın şimalında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “News 24” xəbər xidməti məlumat yayıb.

Bildirilib ki, qəza Qautenq vilayətində Ekuruleni şəhəri yaxınlığındakı Sprinqs hava limanına yaxınlaşarkən meydana gəlib. Qəza nəticəsində pilot və sərnişin ölüb. Onların kimlikləri açıqlanmır.

Qəza yerində polis və məhkəmə müstəntiqləri işləyir.

44 - Tezliklə