Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 212-yə çatıb.
“Report”
Onun sözlərinə görə, Qautenq əyalətində hadisələrlə əlaqədar olaraq 32 nəfər ölüb, 137 nəfər isə saxlanılıb.
"Qautenq əyalətində iğtişaşlara görə, ümumilikdə 862 nəfər saxlanılıb. KvaZulu-Natal əyalətində isə 89 nəfər həyatını itirib, ümumilikdə bu rəqəm 180-ə yüksəlib"-deyə Ntşaveni diqqətə çatdırıb.
Qeyd edilib ki, hər iki vilayədə vəziyyət artıq normallaşmağa doğru gedir.
Xatırladaq ki, 2009-2018-ci illərdə ölkə prezidenti olmuş Ceykob Zuma həmin dövrdə dövlət qurumlarındakı genuşmiqyaslı korrupsiyaya dair aparılan istintaq çərçivəsində ötən həftədən 15 aylıq həbsə alınıb.