Yuxarı

Ceb Buş: ABŞ Mərkəzi Avropada hərbi gücünü artırmalıdır

Biz daha güclü olmalıyıq və müttəfiqlərimizi təhlükəsizliyə daha çox vəsait ayırmağa ikna etməliyik

Bakı. 11 İyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sabiq qubernatoru, Respublikaçılar Partiyasının prezidentliyə mümkün namizədi Ceb Buş hesab edir ki, rəsmi Vaşinqton Mərkəzi Avropada hərbi gücünü artırlmalıdır.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Polşada səfərdə olan C.Buş, bildirib ki, hazırda Avropa ölkələrində yerləşən ABŞ-ən hərbi kontengenti regional təhlükəsizliyi təmin etməyə kifayət etmir.

"Biz daha güclü olmalıyıq və müttəfiqlərimizi təhlükəsizliyə daha çox vəsait ayırmağa inandırmalıyıq", - deyə C. Buş vurğulayıb.

Qeyd edək ki, Ceb Buş iyunun sonunadək ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirakını rəsmən bəyan etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi