CAR-da teatrın səhnəsindən tamaşaçılara atəş açılıb

CAR-da teatrın səhnəsindən tamaşaçılara atəş açılıb Bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb
Digər ölkələr
28 Avqust , 2017 08:22
CAR-da teatrın səhnəsindən tamaşaçılara atəş açılıb

Bakı. 28 avqust. REPORT.AZ/ CAR-ın paytaxtı Yohannesburqda bir nəfər teatrın səhnəsindən tamaşaçılara atəş açıb.

"Report" "News 24"ə istinadən xəbər verir ki, insident "Hillbrow Theatre" teatrında musiqi qrupunun çıxışı zamanı baş verib.

Naməlum şəxs səhnəyə çıxaraq qrup iştirakçısının mikrofonunu əlindən alıb və mobil telefonu ona qaytarılmayınca, konsertin davam etməyəcəyini bildirib. Bundan sonra o, atəş açmağa başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi