Yuxarı
    Bağlamaq

    ​CAR-da iki qatar toqquşub: 300-dən çox insan yaralanıb

    Hər iki qatar eyni zamanda bir xətt ilə hərəkət edib

    Bakı. 18 İyul. REPORT.AZ/ CAR-da iki sərnişin qatarının toqquşması nəticəsində 300-dən çox insan yaralanıb.

    "Report" AP informasiya agentliyinə istinadən xəbər verir ki, qəza axşam saatlarında ölkənin iqtisadi paytaxtı olan Yohannesburqun Boysens stansiyasında baş verib.

    İlkin məlumatlara görə, hər iki qatar Yohannesburqun mərkəzindən şəhərətrafı istiqamətdə hərəkət edib və məlum olmayan sbəblərdən eyni yolda peyda olublar.

    Həkimlərin məlumatına görə, 326 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. İnsident zamanı hər hansı bir xəsarət almayan daha 100 sərnişin avtobuslar vasitəsi ilə mənzil başına yola salınacaqlar.

    Hakim dairələr hadisənin araşdırılmasına başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi