Yuxarı
    Bağlamaq

    ​BVF Yunanıstana kreditin ödənilməsi üçün möhlət verməyə hazırlaşmır

    Son ödəniş müddəti 30 iyun tarixidir

    Bakı. 28 İyun. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard bəyan edib ki, Yunanıstanın Fonda olan kredit borcunun ödənilməsi üzrə möhlət verilməsi istisna edilir.

    "Report" TASS-a istinadən xəbər verir ki, son ödəniş müddəti 30 iyun tarixidir.

    Yunanıstanda isə məsələnin həllinə iyulun 5-də ölkədə keçiriləcək milli referendumdan sonra ümid edilir.

    Laqard, həmçinin qeyd edib ki, Yunanıstanda referendum hüquqi qüvvəyə malik olmayacaq, çünki kreditin bağlanma müddəti başa çatdıqdan sonra keçiriləcək.

    "Hüquqi baxımdan desək, referendumda söhbət artıq qüvvəsini itirmiş tədbir və təkliflərdən gedəcək", — deyə BVF-nin rəhbəri bildirib.

    Bundan əvvəl bildirilmişdi ki, kreditorlarla razılıq əldə olunacağı təqdirdə hakimiyyət yunanları kredit proqramına səs verməyə çağıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi