​BVF-nin keçmiş başçısı bəraət alıb

​BVF-nin keçmiş başçısı bəraət alıb Dominik Stross-Kana qarşı sutnyorluq ittihamı irəli sürülmüşdü
Digər ölkələr
12 İyun , 2015 16:44
​BVF-nin keçmiş başçısı bəraət alıb

Bakı. 12 iyun. REPORT.AZ/ Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş başçısı Stross-Kana bəraət verib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Dominik Stross-Kana qarşı sutnyorluq ittihamı irəli sürülmüşdü. 

O, Fransanın Lil şəhərində fəaliyyət göstərmiş "sutnyorlar şəbəkəsi" ilə əlaqədə ittiham olunurdu.

BVF-nin keçmiş başçısı yüksək vəzifəli qonaqlar üçün həmin şəbəkənin xidmətindən istifadə edirmiş.

Xatırladaq ki, Dominik Stross-Kan 2011-ci ildə Nyu-Yorkda mehmanxana xidmətçisinə sataşmaqda şübhəli bilinərək həbs edilmişdi. 

Son xəbərlər

Orphus sistemi