Yuxarı

​Buxarestdə gecə klubunda ölənlərin sayı 45 nəfərə çatıb

Xəstəxanada klubda çıxış edən qrupun təbilçisi ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Buxarestin “Clubul Colectiv” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, noyabrın 8-də axşam klubda çıxış edən qrupun təbilçisi Boqdan Enake xəstəxanada ölüb.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Enake yanıq xəsarətlərinin müalicəsi məqsədi üçün təyyarə ilə İsveçrəyə göndərilərkən kardiorespirator çatışmazlığı başlayıb.

Rumıniyaya geri qayıdan təyyarənin enişindən az sonra musiqiçi dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi