“Buxarest doqquzluğu” ölkələri NATO sammiti öncəsi görüşəcək

“Buxarest doqquzluğu” ölkələri NATO sammiti öncəsi görüşəcək “Buxarest doqquzluğu” dövlətləri - Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya NATO-nun qarşıdan gələn sammiti öncəsi Polşanın paytaxtı Varşavada bir araya gələrək növbəti addımları götür-qoy edəcəklər.
Digər ölkələr
22 Fevral , 2023 20:39
“Buxarest doqquzluğu” ölkələri NATO sammiti öncəsi görüşəcək

“Buxarest doqquzluğu” dövlətləri - Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya NATO-nun qarşıdan gələn sammiti öncəsi Polşanın paytaxtı Varşavada bir araya gələrək növbəti addımları götür-qoy edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda ABŞ Prezidenti Cozef Bayden və NATO Baş katibi Yens Stoltenberqin iştirakı ilə keçirilən “doqquzluq” sammitinin açılışında bildirib.

“Biz bu salonda ölkələrimizin, bütünlükdə NATO-nun qarşısında duran ən mühüm çağırışları, eləcə də Ukraynadakı dostlarımızı dəstəkləmək imkanlarını müzakirə etmək üçün toplaşmışıq”, - o deyib.

“Bu gün ən yaxın müttəfiqlərimizin əhatəsində birlikdə Bratislavadakı “Buxarest doqquzluğu” sammiti və Vilnüsdəki NATO sammiti öncəsi gələcək addımlar, habelə Ukraynaya əlavə dəstək vermək imkanları barədə düşünmək istəyirik", - A.Duda əlavə edib.

Qeyd edək ki, NATO-nun növbəti sammiti iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi