Parlament seçkilərindən bir ay sonra 20-ci çağırış Almaniya Bundestaqının təsis yığıncağı keçirilir.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, gündəlikdə duran əsas məsələ yeni sədr və müavinlərinin seçilməsi, həmçinin reqlamentin təsdiq edilməsindən ibarətdir.
Səs çoxluğu ilə Buntestaqın sədri vəzifəsinə Almaniya Sosial-Demokrat Partiyasının sədri Berbel Bas seçilib. O, bu vəzifədə Almaniya siyasətinin 79 yaşlı veteranı Volfqanq Şoybleni əvəz edəcək.
Plenar iclasda yalnız koronavirus xəstəliyini keçirmiş, peyvənd olunmuş və ya neqativ testə malik deputatlar iştirak ediblər.