Buenos-Ayres aeroportunun uçuş zalında yanğın baş verib

Buenos-Ayres aeroportunun uçuş zalında yanğın baş verib Hava limanının işi dayandırılıb
Digər ölkələr
17 Yanvar , 2017 05:36
Buenos-Ayres aeroportunun uçuş zalında yanğın baş verib

Bakı. 17 yanvar. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin Xorxe Nyuberi Beynəlxalq Hava Limanında bazar ertəsi axşam baş verən yanğın nəticəsində sərnişinlər və personal üzvləri təxliyə olunub.

"Report" xəbər verir ki, aeroportun təhlükəsizlik xidməti hava limanının işinin müvəqqəti olaraq dayandırıldığını elan ediblər.

"Xorxe Nyuberi hava limanı hazırda nəzarətə götürülən yanğın səbəbindən növbəti xəbərdarlığa qədər işini dayandırıb. Komanda-dispetçer məntəqəsi zərər çəkməyib", - deyə aeroportun təhlükəsizlik xidməti öz "Twitter" mikrobloqunda yazıb.

İnsident zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən hava limanına eniş etməli olan bütün təyyarələr Buenos-Ayres ətrafında yerləşən Eseysa Beynəlxalq Aeroportuna yönləndirilir.

İlkin məlumatlara görə, yanğın uçuş zalında başlayıb. Hazırda onun səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi