Afrikanın şərqində yerləşən Burundidə də koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
İlk ölüm faktı Burundinin keçmiş paytaxtı Bujumburada baş verib.
Məlumata görə, Burundidə 4 nəfər koronavirusa yoluxub.
Ölkədə Pasxa bayramının qeyd edilməsi qadağan olunsa da, aprelin 12-də kilsələrdə kütləvi formada bayram tədbirləri keçirilib.