Bakı. 18 noyabr. REPORT.AZ/ Bu il miqrasiya qanunvericiliyinin pozulması səbəbindən 600 mindən çox xarici vətəndaşın Rusiyaya girişi qadağan edilib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.
"Təxminən 625 min insan", - deyə K.Romadanovski jurnalistlərin RF ərazisinə girişi qadağan olunmuş xarici vətəndaşların sayı haqqında sualına cavab verərkən qeyd edib.
FMX rəhbəri qanunun qüvvəyə mindiyi andan bunun cəmi 1 mln. 81 min şəxsə tətbiq olunduğunu qeyd edib. O, qanunun 1,5 ildən bir qədər artıq müddətdə qüvvədə olduğunu xatırladıb.