Bu gündən Avropa İttifaqına sədrlik Estoniyaya keçib

Bu gündən Avropa İttifaqına sədrlik Estoniyaya keçib Bununla bağlı Brüsseldə geniş mərasim keçirilib
Digər ölkələr
1 İyul , 2017 12:01
Bu gündən Avropa İttifaqına sədrlik Estoniyaya keçib

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gündən Avropa İttifaqına (Aİ) sədrlik Maltadan Estoniyaya keçib.

"Report"un məlumatına görə, rəsmi Talinin ittifaqa sədrliyi yanvarın 1-nə qədər davam edəcək.

Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

Aİ-yə ilk dəfə sədrlik edəcək Estoniyanın əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələlər müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Aİ-yə Malta sədrlik edib. Estoniyadan sonra ittifaqa rəhbərilk Bolqarıstana keçəcək.

Son xəbərlər

Orphus sistemi