Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək

Digər ölkələr
  • 21 dekabr, 2019
  • 22:42
Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək

Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postuna 11 nəfər iddialıdır.

Namizədlər - hazırkı prezident Kolinda Qrabar-Kitaroviç, müxalifətçi Sosial Demokrat Partiyasından Zoran Milanoviç, müğənni və musiqiçi Miroslav Şkoro, müstəqil namizədlər - Dario Yuriçan, Daliya Oreşkoviç, Mislav Kolakuşiç, İvan Pernar, Katarina Peoviç, Nedelko Babiç, iqtisadçı Deyan Kovaç, Anto Capiçdir.

Son ictimai rəy sorğularına əsasən, seçkilərin əsas favoritləri Kolinda Qrabar-Kitaroviç, Zoran Milanoviç və Miroslav Şkorodur. Üçlükdə liderlik keçmiş baş nazir Milanoviçə məxsusdur. Onun üçün bu mərhələdə 24,3% seçici səs verməyə hazırdır.

Xorvatiyanın Dövlət Seçki Komissiyasının məlumatına görə, təxminən 3,8 milyon vətəndaş səsvermə hüququna malikdir. Onlardan 177 mini xaricdə yaşayır.

Əgər namizədlərdən heç biri birinci turda 50%-dən çox səs toplamasa, onda 14 gün sonra seçkilərin ikinci turu keçiriləcək. Növbəti turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.